SON DƏQİQƏ

Məktəblər yenidən bağlana bilər?

Tarix:

27-07-2022, 12:44

/ 1 236 dəfə oxundu.
Məktəblər yenidən bağlana bilər?

Təhsil naziri Emin Əmrullayev Azərbaycanda koronavirusa yoluxma sayının artmasının yeni tədris ilinə təsirinə aydınlıq gətirib.

O, 2021-2022-ci tədris ilində dərslərin dayandırılmadığını xatırladıb.

"Əgər koronavirusa yoluxma artarsa oxşar model yeni tədris ilində də tətbiq edilə bilər. Təbii ki, bu məsələdə Təhsil Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargahın və aidiyyəti dövlət qurumlarının qərarlarına uyğun addım atır. Bugünkü artım sayları əvvəlki dövrlərlə nisbətdə aşağıdır. Hesab edirəm ki, payız mövsümündə yoluxma sayının artmasının məktəblərin bağlanmasına səbəb olması ehtimalı azdır. Ola bilsin, bəzi siniflər distant tədrisə keçə bilər. Bu da həmin vaxtın göstəricilərindən asılıdır”, - nazir vurğulayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ