SON DƏQİQƏ

İlham Əliyev sərəncam imzaladı

Tarix:

21-07-2022, 17:18

/ 1 343 dəfə oxundu.
İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 22 iyun tarixli 552-VIQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 179-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2. "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 22 iyun tarixli 552-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ