SON DƏQİQƏ
» » Laçında ermənilər niyə qorxuya düşüb?- BU AÇIQLAMADAN SONRA...

Laçında ermənilər niyə qorxuya düşüb?- BU AÇIQLAMADAN SONRA...

Tarix:

30-06-2022, 18:48

/ 1 797 dəfə oxundu.
Laçında ermənilər niyə qorxuya düşüb?- BU AÇIQLAMADAN SONRA...

Azərbaycanın Laçın rayonunun mərkəzində qanunsuz yaşayan ermənilərin sayı açıqlanıb.

Bu barədə Laçın şəhərində qanunsuz yaradılan erməni icmasının başçısı Narek Aleksanyan bildirib.


Onun sözlərinə görə, Laçın şəhərində 50-yə yaxın ailə, təxminən 180 nəfər erməni yaşayır.

Narek Aleksanyanın sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın son mətbuat konfransındakı açıqlamaları onları çaxnaşmaya salıb.

Xatırladaq ki, Paşinyan həmin açıqlamasında Laçın şəhərindəki ermənilərin oradan çıxarılacağını söyləyib.

скачать dle 12.1

Şərhlər