SON DƏQİQƏ
» » Qabiliyyət imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ

Qabiliyyət imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ

Tarix:

23-06-2022, 12:56

/ 2 512 dəfə oxundu.
Qabiliyyət imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi (DİM) qabiliyyət imtahanlarında iştirak etmək istəyən konsertmeysterlərə müraciət edib.

DİM-dən verilən məlumata görə, musiqi sənəti üzrə xüsusi qabiliyyət imtahanlarında fərdi konsertmeyster kimi iştirak edən musiqiçilər iyunun 23-dən etibarən bu link vasitəsilə qeydiyyatdan keçib, konsertmeysterin buraxılış vərəqəsini çap edib götürərək imtahan binasına gəlməlidirlər. Bir konsertmeyster bir növbə ərzində ən çoxu üç abituriyenti müşayiət edə bilər. Konsertmeysterlər ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən aşağıdakı ixtisasları üzrə keçirilən imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

İxtisaslar

Komissiya kodu

İnstrumental ifaçılıq (alətlər üzrə)

20,21,22,23,31

Vokal sənəti (sahələr üzrə)

24, 25, 28

Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)

26, 36

Dirijorluq (sahələr üzrə)

27

Bəstəkarlıq

29

Musiqi müəllimliyi

32

İnstrumental ifaçılıq (alətlər üzrə)

4302, 4402

Vokal sənəti (sahələr üzrə)

4701, 4702, 4501, 4502

İnstrumental ifaçılıq (alətlər üzrə)

220, 221, 222, 230

Vokal sənəti (sahələr üzrə)

223, 224

Aşıq sənəti

4102

Aşıq sənəti

227

Konsertmeysterlər əvvəlcə bu linkə daxil olub şəxsi kabinet (kabineti olmayanlar) açmalıdırlarlar. Şəxsi kabinet açdıqdan sonra bu linkə daxil olub şəxsi kabinetin istifadəçi adı və parolunu daxil etməklə konsertmeysterlərin qeydiyyat sisteminə daxil olmalıdırlar. Sistemə daxil olduqdan sonra "əlavə et" düyməsinə basmaqla açılan pəncərədə konsertmeysteri olduğu abituriyentin iş nömrəsini daxil edib "Axtar" düyməsini basmaq lazımdır. Abituriyentin məlumatları yükləndikdən sonra "Yadda saxla" düyməsini basmaq tələb olunur.

Abituriyentləri əlavə edib "Çap et" düyməsini basmaqla buraxılış vərəqəsini çap etmək lazımdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ