SON DƏQİQƏ

Məktəblər sentyabrın 1-i başlayacaq?

Tarix:

21-06-2022, 20:30

/ 1 801 dəfə oxundu.
Məktəblər sentyabrın 1-i başlayacaq?

Təhsil Nazirliyi tədris ilinin sentyabrın 1-də başlaması ilə bağlı fikirlərə münasibət bildirib.

Nazirlikdən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bu məsələ müzakirə olunmur:

"Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli Qərarının 2.3 - cü bəndinə əsasən, ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır. Növbəti il iyunun 14-də başa çatır. Hazırda bu prosesin dəyişdirilməsi müzakirə olunmur”.

Qeyd edək ki, deputat Fazil Mustafa və təhsil ekspertləri tədris ilinin sentyabrın 1-dən başlaması ilə bağlı təklif irəli sürüblər.

скачать dle 12.1

Şərhlər