SON DƏQİQƏ
» » DİM ümumtəhsil müəssisələrinə müraciət etdi

DİM ümumtəhsil müəssisələrinə müraciət etdi

Tarix:

20-06-2022, 20:27

/ 1 342 dəfə oxundu.
DİM ümumtəhsil müəssisələrinə müraciət etdi

14 iyun 2022-ci il tarixində ümumtəhsil müəssisələrində tədris ilinin başa çatması ilə əlaqədar Dövlət İmtahan Mərkəzi tərəfindən IX və XI sinif məzunlarının yekun attestasiyasının aparılması prosesinə başlanılıb.

DİM-dən verilən xəbərə görə, yekun attestasiyanın nəticələri Mərkəz tərəfindən "Şagird-məzun” sistemində elektron təhsil sənədinə yazılır, şagirdə və təhsil müəssisəsinə təqdim edilir. Elektron təhsil sənədi dövlət nümunəli sənədin verilməsi üçün əsasdır.

 

Yekun attestasiyanın aparılması üçün ümumtəhsil müəssisələri məzunlarının illik qiymətləri məktəb əlaqələndiriciləri tərəfindən "Şagird-məzun” sisteminə daxil edilərək təsdiq edilməlidir. Ümumtəhsil müəssisələrindən xahiş olunur ki, illik qiymətləri yazılmayan və yaxud təsdiq edilməyən məzunların müvafiq məlumatlarının sistemə daxil edilərək təsdiq edilməsini qısa müddət ərzində təmin etməlidilər

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ