SON DƏQİQƏ
» » Azərbaycanda yeni məktəbli formaları istifadəyə veriləcək

Azərbaycanda yeni məktəbli formaları istifadəyə veriləcək

Tarix:

18-06-2022, 08:00

/ 1 164 dəfə oxundu.
Azərbaycanda yeni məktəbli formaları istifadəyə veriləcək

Yeni məktəbli formaları hazırlanır.

Bunu Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov bildirib.

Onun sözlərinə əsasən, yeni məktəbli formalarının nümunələri artıq hazırdır. Bu formalar ötənilkilərdən fərqlənəcək. Yeni geyimlər kostyum şəklində olmayacaq. Həmçinin qızlar üçün şalvar da nəzərdə tutulub.

Etibar Əzimovun sözlərinə görə, yeni formaların rəng seçimi ilə bağlı hazırda məktəblərin qərarı gözlənilir.

Yeni formaların parçaları Türkiyədən sifariş edilir. Onların qiymətləri ilə bağlı isə hələlik məlumat yoxdur.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl təhsil naziri Emin Əmrullayev növbəti tədris ilində məktəblərdə vahid geyim formasına keçiləcəyini, amma bu prosesin tədricən baş tutacağını bildirmişdi.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ