SON DƏQİQƏ

I və IV qrupun rekordçuları

Tarix:

17-06-2022, 19:38

/ 1 288 dəfə oxundu.
I və IV qrupun rekordçuları

Ali məktəblərə qəbul imtahanlarında I və IV ixtisas qrupları üzrə ən yüksək nəticə göstərən abituriyentlərin adları açıqlanıb. 

 

Bu barədə Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib. 

 

Məlumata görə, I ixtisas qrupu üzrə ən yüksək nəticəni 111 nömrəli məktəbin məzunu Qurbanov Fuad Polad oğlu əldə edib. O, ümumilikdə 695 bal toplayıb. 

 

IV ixtisas qrupu üzrə rekord göstərici 125 nömrəli məktəbin məzunu Ağazadə Nigar Əhədulla qızına məxsusdur. O, 697 bal yığıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ