SON DƏQİQƏ
» » Əli Əsədov xaricdə təhsillə bağlı qərar imzaladı

Əli Əsədov xaricdə təhsillə bağlı qərar imzaladı

Tarix:

3-06-2022, 10:06

/ 1 825 dəfə oxundu.
Əli Əsədov xaricdə təhsillə bağlı qərar imzaladı

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabinetinin Qərarı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən qəbul edilib.

Qərar ilə təsdiq edilmiş Qaydada Dövlət Proqramı çərçivəsində xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları müəyyən edilib.

скачать dle 12.1

Şərhlər