
Azərbaycan, Rusiya və Ermənistanın Baş nazir müavinlərindən ibarət Üçtərəfli İşçi Qrupun növbəti iclasının vaxtı açıqlanıb.
Bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisi məlumat yayıb.
İclas sabah, iyunun 3-də Moskvada keçiriləcək.
Qeyd edək ki, sonuncu dəfə baş nazir müavinləri 2021-ci ilin dekabr ayında görüşüb.