SON DƏQİQƏ

İlham Əliyev 2 fərman imzaladı

Tarix:

18-05-2022, 19:13

/ 2 478 dəfə oxundu.
İlham Əliyev 2 fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli 1323 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Bu barədə fərmanda qeyd olunur:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli 1323 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 328) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2-ci bəndə "istifadəyə” sözündən sonra ", habelə kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilində əkin, çoxillik əkmələrin altında olan və dincə qoyulmuş kənd təsərrüfatı yerlərinin (uqodiyaların) bir-biri arasında dəyişdirilməsinə” sözləri əlavə edilsin;

1.2. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

"1.3. torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına, həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsi, habelə örüş, otlaq və ya biçənək kənd təsərrüfatı yerlərinin əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinə dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında məsələ qaldırılması.”;

1.3. 2.1-ci bənddə "aid edilməsi, habelə həmin kateqoriya daxilində torpaqlarda kənd təsərrüfatı yerlərinin (uqodiyaların)” sözləri "aid edilməsinin, habelə həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsinin və” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli və "e-KOB evi” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 9 avqust tarixli 1415 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, № 10, maddə 1991, № 11, maddə 2287; 2019, № 3, maddə 411, № 4, maddə 619, № 5, maddələr 839, 855, № 6, maddə 1027, № 12, maddə 1921; 2020, № 1, maddə 5, № 2, maddə 100, № 8, maddə 1039, № 11, maddə 1357; 2021, № 1, maddə 30, № 6 (I kitab), maddələr 579, 593, № 8, maddə 908, № 12, maddələr 1369, 1416; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 aprel tarixli 1644, 1645 nömrəli və 7 may tarixli 1675 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”nin 7.5-ci bəndindən "dövlət rüsumunun və digər” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 9 avqust tarixli 1415 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 8, maddə 907) ilə təsdiq edilmiş "e-KOB evi” portalı haqqında Əsasnamə”nin 1.9-cu bəndindən "dövlət rüsumunun və qanunla müəyyən edilmiş digər” sözləri çıxarılsın.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ