SON DƏQİQƏ
» » Bakıda məktəbli niyə ölüb?- RƏSMİ AÇIQLAMA

Bakıda məktəbli niyə ölüb?- RƏSMİ AÇIQLAMA

Tarix:

16-05-2022, 19:49

/ 2 700 dəfə oxundu.
Bakıda məktəbli niyə ölüb?- RƏSMİ AÇIQLAMA

Baş Prokurorluq və Təhsil Nazirliyi Bakıda məktəbdə şagirdin ölümü ilə bağlı birgə məlumat yayıb.

Məlumatda qeyd olunur:

"Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində yaşayan, daun sindromlu 10 oktyabr 2015-ci il təvəllüdlü şagird Svetlana Vüqar qızı Vəliyevanın 16 may 2022-ci il tarixdə həmin məktəbdə ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırma ilə müəyyən edilib ki, Svetlana Vəliyevanın səhhətində problem yarandığından təcili tibbi yardım çağırılıb və ona tibbi yardım göstərilməsinə baxmayaraq, 16 may 2022-ci il tarixdə saat 06 radələrində vəziyyəti qəflətən ağırlaşaraq ölüb.

Məhkəmə-tibbi ekspertin iştirakı ilə aparılan müayinə zamanı S.Vəliyevanın bədəni üzərində hər hansı xəsarət izi və zorakılıq əlamətləri aşkar edilməyib.

Hazırda araşdırma davam etdirilir".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ