SON DƏQİQƏ
» » Azərbaycan və Ermənistan arasında buna görə görüş keçiriləcək

Azərbaycan və Ermənistan arasında buna görə görüş keçiriləcək

Tarix:

25-04-2022, 10:59

/ 2 416 dəfə oxundu.
Azərbaycan və Ermənistan arasında buna görə görüş keçiriləcək

Azərbaycanla Ermənistan arasında Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Nazirlər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar.

скачать dle 12.1

Şərhlər