SON DƏQİQƏ
» » Zakir Həsənov Türkiyəyə başsağlığı verdi

Zakir Həsənov Türkiyəyə başsağlığı verdi

Tarix:

19-04-2022, 14:18

/ 1 554 dəfə oxundu.
Zakir Həsənov Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülərə başsağlığı ünvanlayıb.

"Qardaş Türkiyə Silahlı Qüvvələri tərəfindən "Pənçə Qıfıl” əməliyyatının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi.

Sizin acınız bizim də acımızdır. Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik. Şəhid olan hərbi qulluqçuya rəhmət diləyir, onun yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ