SON DƏQİQƏ

Bu il "Son Zəng" tədbiri keçiriləcək?

Tarix:

13-04-2022, 13:01

/ 1 571 dəfə oxundu.
Bu il "Son Zəng" tədbiri keçiriləcək?

Təhsil naziri Emin Əmrullayev bu tədris ilinin sonu üçün məktəblərdə "Son zəng" tədbirlərinin keçirilib-keçirilməməsi barədə danışıb.

Nazir jurnalistlərə açıqlamasında bu barədə danışmağın hələ tez olduğunu deyib.

O qeyd edib ki, tədris ilinin başa çatmasına 2 aya yaxın vaxt var:

"Bu tip qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah mövcud vəziyyətə uyğun verir. Lakin müşahidə olunan şərait davam etsə, təbii ki, "Son zəng" tədbirləri ənənəvi qaydaya yaxın formatda keçirilməsi istisna edilmir".

скачать dle 12.1

Şərhlər