SON DƏQİQƏ
» » DİM-in narazı abiturientlərlə bağlı qərarı nə olacaq?

DİM-in narazı abiturientlərlə bağlı qərarı nə olacaq?

Tarix:

13-04-2022, 10:29

/ 1 263 dəfə oxundu.
DİM-in narazı abiturientlərlə bağlı qərarı nə olacaq?

Ötən gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə 12-13 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

Martın 12-13-də keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya aprelin 25-dən etibarən onlayn ("Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) keçiriləcək.

Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər aprelin 18-i saat 10:00-dan aprelin 20-si saat 17:00-dək Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Qeyd edək ki, şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

скачать dle 12.1

Şərhlər