SON DƏQİQƏ
» » Partlayışa görə bloger Rəsulu neçə il cəza gözləyir?

Partlayışa görə bloger Rəsulu neçə il cəza gözləyir?

Tarix:

5-04-2022, 13:37

/ 1 656 dəfə oxundu.
Partlayışa görə bloger Rəsulu neçə il cəza gözləyir?

Aprelin 3-ü Bakının Səbail rayonu ərazisində "Location” gecə klubunda 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnmiş partlayışda təqsirkar bilinən şəxsləri 3-7 il müddətində həbs gözləyir.

Bunu  hüquqşünas Bəhruz Bayramov deyib.

"İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş Merser food MMC-də administrator işləyən Rəsul Rəsulov Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə 3-7 il müddətinə, həmin MMC-nin təsisçisi, klubun meneceri Orxan Səfərov Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə 5 ilə qədər həbs oluna bilər.

Ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov isə (314.2-ci maddə) 5 ilə qədər həbs oluna bilər”, - Bayramov bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ