SON DƏQİQƏ

Azərbaycançılıq MƏFKURƏSİ

Tarix:

25-03-2022, 08:37

/ 2 486 dəfə oxundu.
Azərbaycançılıq MƏFKURƏSİ

Ey azərbaycanlı!
Dünyanın harasında doğulsan, yaşasan da sən, Azərbaycanı vətən bilməlisən. Canını müstəqil Respublika, vətən və xalq yolunda şəhid ya qazi növbəsində görməlisən!
Oturaq, əkinçi, qədim yerli xalqsan, həm də günçıxandan, günbatana elatsan.
Şərqin, Qərbin, keçmiş və indinin, həm də gələcəyin qovşağındasan, doqquz iqlimli, nurlu gecəli, qızmar günəşli , üç rəngli dünyadasan, Azərbaycandasan!
Bəşəri dəyərlərin, səmaivi dinlərin mahiyyətindəki yaxşılar, insanlıq xilqətindəki naxışlar milli varlığında iz salıbdır, lap Adəmdən bu günlərə qalıbdır.
Odur ki, nurlu, düz yoldasan, öz- özündən yaxşılıqsan, yetkin, kamil ali xalqsan!
Ey azərbaycanlı!
Hər bir xalqın baba ocağı, dədə oylağı vardır, orda hər zaman ilk bahardır.
Qudsal türk ocağında möhtəşəm tonqal yanmış, ətrafa köz salmış. O közün biri sənsən, ya oylaqda nəhəng şərq palıdı vardı, budağı sənsən, dərinliklərdən su alan möhtəşəm köklü, küləklərə, boranlara sinə gərən azaman gövdəyə bağlı, Azərbaycan türküsən, azərbaycanlısan. Vətəndə əsrlərdir birgə yaşadağın qardaş xalqlarla güclüsən, şanlısan, onlarla bütövlükdəsən, fəxr et ki, azərbaycanlısan!
Qədimdən gəlib, bu gündən keçib, gələcəyə gedən elm, mədəniyyət, mənəviyyat yüklü karvanın sarvanısan, sən elə zaman içində Azərbaycan zamanısan!
Ey azərbaycanlı!
Böyük, ali, dövlətlər, imperiyalar quran xalqlar kimi, sənin də tarixlər boyu geniş vətənin olmuş, sərhədləri gah böyümüş, gah da kiçilmiş, çiçək açımış, sonra solmuş. Bu bir tarixi qanundur " həqiqət də kapital kimi güclünün olmuş, hər yer onlara " vətən" olmuş!".
Dərbəndimiz, Borçalımlz, Təbrizimiz milli həsrətimizdir, İrəvan öz şəhərimizdir.
Ey azərbaycanlı!
Hər zaman xalqı, vətəni, dövləti və dini yolunda haqq mübarizəsi aparan şəhidlik, qazilik, məktəbin olubdur, qəhramanlıqları milli yaddaşa dolubdur. Müstəqil dövlətinin, qanının, canının, Azərbaycanının ilk şəhadət məktəbini Cümhuriyyət əsgəri açıb, qanlarıyla bayrağımız ucalıb, özləri üç rəngdə qalıb. Ruhumuzda istiqlal günəşi ucalıb.
O vaxtdan şəhidlik, qazilik məktəbin milli şüurun kimi bütövdür, zamandan düz, məkandan dairəvidir, bir şəhidimiz hamısı, hamısı da biridir, onlar bayrağımız, torpağımızla əbədidir, diridir.
Ey azərbaycanlı!
Sənin mahiyyətində dostluq, ağlıq, işıq, hər yerdə günəş, sülh arzusu vardır. Yaxın, uzaq xalqlar dostlarındır. Ancaq ermənilik adlı xəstəlik də vardır. Xalqımıza qarşı etdikləri vəhşilikləri, dönüklükləri, soyqırımı heç vaxt unutma, çomaqsız qalma. Qonşu kimi yaşa, dost olma. Döyüş meydanında üz-üzə gəlməyi arzula, sülh vaxtı yuxuya getmə, ehtiyatı əldən vermə.
Dünyanın harasında elm varsa getmək, ehtiyacı olana kömək etmək bəşəri vəzifəndir.
Bir də heç vaxt unutma, Azərbaycana günəş Azərbaycandan doğur!
Ey azərbaycanlı!
Vətənə, xalqa, dövlətə xidmət borcun, vəzifəndir!
Xidmətin elə özü vətəndir!
Bunun üçün güclü olmalısan, ya yenə də güclü olmalısan! Sənin gücün elə Azərbaycanın gücüdür.!
Güc isə fiziki sağlamlıq, elm, mənəvi və maddi zənginlik, azərbaycançılıq məfkurəsi, milli dövlətçilik şüurunun cəmidir.
Sadiq Qarayev
24.03.2022
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ