SON DƏQİQƏ

Martın 19-u dərs günüdür?- RƏSMİ

Tarix:

14-03-2022, 15:33

/ 1 909 dəfə oxundu.
Martın 19-u dərs günüdür?- RƏSMİ

Altı günlük rejimlə işləyən təhsil müəssisələrində bayramdan əvvəl son iş (dərs) günü martın 19-da olacaq.

Bu barədə Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib və həmin günlər iş günləri hesab edilmir:

"Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə əsasən, həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar, 25 mart da iş günü hesab olunmayacaq. 5 günlük rejimlə işləyən təhsil müəssisələrində Novruz bayramından əvvəl son iş (dərs) günü martın 18-i, bayramdan sonrakı ilk iş (dərs) günü martın 28-i, 6 günlük rejimlə işləyən təhsil müəssisələrində isə bayramdan əvvəl son iş (dərs) günü martın 19-u, bayramdan sonrakı ilk iş (dərs) günü martın 26-sıdır".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ