SON DƏQİQƏ

İranlı nazir Azərbaycanda səfərdədir

Tarix:

10-03-2022, 13:51

/ 2 222 dəfə oxundu.
İranlı nazir Azərbaycanda səfərdədir

İranın yol və şəhərsalma naziri Rüstəm Qasıminin rəhbərlik etdiyi heyətin Azərbaycana səfəri Naxçıvan Muxtar Respublikasından başlayıb.

Səfər çərçivəsində R.Qasıminin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla görüşəcək, Culfa sərhəd terminalı, Culfa-Təbriz dəmiryol stansiyası ilə yaxından tanış olacaq.

İranın yol və şəhərsalma naziri bildirib ki, səfər çərçivəsində Tehran-Bakı münasibətləri bütün sahələrdə inkişaf etdiriləcək. Enerji, sənaye, investisiya, məhsul mübadiləsi sahəsində əməkdaşlıq üzrə anlaşmalar əldə olunacaq və Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Komissiyanın 15-ci iclasının sonunda yekun sənəd imzalanacaq.

скачать dle 12.1

Şərhlər