SON DƏQİQƏ
» » Üçüncü qrupa coğrafiya fənni əlavə olunub?- Rəsmi

Üçüncü qrupa coğrafiya fənni əlavə olunub?- Rəsmi

Tarix:

28-02-2022, 16:48

/ 2 517 dəfə oxundu.
Üçüncü qrupa coğrafiya fənni əlavə olunub?- Rəsmi

Cari ildə III qrupa daxil olan ixtisaslar iki altqrupa ayrılıb.

Bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi "Abituriyent” jurnalının 1-ci nömrəsində məlumat verilib.

Bildirilib ki, TC və DT altqruplarına. TC altqrupuna daxil edilən "Beynəlxalq münasibətlər" və "Regionşünaslıq" ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlər qəbul imtahanının II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən də imtahan verəcəklər.

DT altqrupuna daxil edilən ixtisasların müsabiqəsində iştirak etmək istəyǝn abituriyentlər isə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənnindən imtahan verəcəklər.

Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verəcəklər.

Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ