SON DƏQİQƏ

Tələyə doğru...

Tarix:

28-02-2022, 09:02

/ 2 005 dəfə oxundu.
Tələyə doğru...

 Putin Rusiyası, öz məkirli və işğalçı siyasəti ilə yenədə sadə Rus vətəndaşlarını bəlaya sürüklədi.
Dünyanın Rusiyaya edə bilməyəcəyini Putin təkbaşına bacardı və bütün dünyanı Rusiyaya qarşı birləşməyə nail oldu. Bravo sənə Putler, Putinə qarşı koalisiyanın başında isə İngiltərənin baş naziri Conson dayanır. Conson zəif fiqur olmadığı üçün, Rusiyanı çox pis bir gələcək gözləyir. İlkin məlumatlara görə ABŞ və Avropa bu qısa vaxtda Rusiyanın 643 milyard bank aktivlərini dondurub. Bu Rusiyanın müharibəsiz məğlubiyyətidir. Hələ birdə Rusiya oliqarxlarının və xalqının üsyanı baş verərsə, Putın başqasına qazdığı quyudan və tələdən necə çıxacağını təsəvvür etmək çox çətindir. Digər tərəfdən də mübariz Ukrayna xalqı və ordusu da Rusiya ordusuna gözlənilməyən zərbələr endirir. Yəqindir ki, bir müddət həlak olanları Putin gizlədəcək ,  amma Rus anaları minlərlə tabutu qarşılayanda, adam ağlına belə gətirə bilmir ki, Rusiyanın vəziyyəti necə olacaq. Və ən başlıcası bu hadisələri müzakirə edəndə belə nəticəyə gəlmək olur ki, Putin Rusiyasının nə əsgər gücü,  nə də müasir silahı var imiş. Sadəcə dünyanı təbliğat maşını ilə qorxuzurmuş.
    P.S. Ən pisi isə odur ki, başqasına tələ qurasan, sonrada qalibiyyət sərxoşluğu vəziyyətində gedəsən tələni yoxlamağa və gözlərin ayağının altını görmədiyindən özün düşəsən tələyə.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ