SON DƏQİQƏ

Biz haqqın yanındayıq! – Cavid ISMAYIL yazı

Tarix:

28-02-2022, 08:32

/ 2 915 dəfə oxundu.
Biz haqqın yanındayıq! – Cavid ISMAYIL yazı

Bu gün Ukraynada gedən savaş təkçə Rusiya və Ukrayna arasında gedən savaş deyil. Bu gün şərlə - xeyirin, haqla - nahaqqın, zalımla - məzlumun, ağla - qaranın savaşı gedir.

SSRİ dağıldıqdan sonra Rusiya əvvəlcə demokratikləşmə yolu tutduğunu göstərsə də, əfsuslar olsun ki, az sonra yenə də qanlı rus imperiyasının dirçəldilməsi üçün bütün iyrənc vasitələrə əl atdı. İndi o şovinist niyyətini açıq şəkildə ortaya qoyaraq Rusiya imperiyasının bərpa edilməsinə çalışır, SSRİ-nin himninə kiçik dəyişiklik etməklə Rusiya Federasiyasının himni kimi səsləndirir və bununla da məkirli hədəfini dünyaya rəsmən bəyan edir. Son zamanlar isə ən hündür kürsülərdən keçmiş possovet ölkələrinə qarşı torpaq iddiası səsləndirməyə başladı və bu adi hala çevrildi.

Yeri gəlmişkən qeyd edim ki, mənim üçün ABŞ da Rusiya və Fransa kimi dünyada fitnə yuvalarındandır.

Rusiya əvvəlcə məqsədli olaraq Qarabağ, Dnestryanı, Abxaziya, Şimali Osetiya kimi yanar ocaqların yaradılmasına nail olmağı bacardı. Dünyanın gözü qarşısında suveren ölkə olan Gürcüstanı bombaladı və ərazilərini işğal etdi. Bir az özündə daha artıq güc tapdıqdan sonra bütün beynəlxalq normaları tapdalayaraq müstəqil ölkə olan Ukraynanın Krım bölgəsini ələ keçirdi və Krımı öz ərazisi elan etdi. Eyni zamanda Ukraynanın ərazisində növbəti şeytan yuvası, "Donetsk və Luqansk xalq respublikaları” yaratdı.

Bəli, cətini bir dəfə cinayət etməkdir. Daha sonra ardı gəlir. Və nəzərə alsaq ki, irticaçı rus imperiyasının əsrlərə dayanan qanlı cinayət təcrübəsi var, tarixi məqam yaranan kimi o xislət özünü biruza verir. Müasir Rusiyanın rəhbərliyi də öz dədə-baba kökünə sadiq qalaraq fürsət düşən kimi bu məkrli, irticaçı hərəkətlərini intensivləşdirməyə başlayıb. Və bu gün dünya bu imperiyanın növbəti şovinizmi, təcavüzkarlığı, quldurluğu ilə üz-üzədir!

Ukrayna müharibəsindən öncə Azərbaycan Rusiya ilə müttəfiqlik müqaviləsi bağladı. Bəli, bunu real qiymətləndirməyən sadə insanlar qınanmalı deyi, çünki böyük siyasət sadə gözlə görünmür. Eyni zamanda bizim cəmiyyətimizdə zəmanənin çopur cabbarları o cümlədən saxta türkçülər, "Türkiyə tərəfdarları”, sapı özümüzdən olan baltalar tez cibindəki üfunət iyi verən alternativ mətni dəyişib bu dəfə "nicatımız şimal küləyindədi” moizələrinə başladılar. Moizə demişgən, iranpərəstlər də yenə dini, imanı arxa plana qoyaraq məzlumun deyil, zalımın yanında yer almağa davam etdilər.

Əslində Vladimir Putinin cənab İlham Əliyevlə görüşü Rusiyanın barıt çəllləyi olan Qafqazdan narahatçılığının göstəricisi və gözlənilən beynəlxalq iqtisadi

sanksiyalara qarşı Azərbaycandan, əsasən də enerjidaşıyıcı baxımından dəstəyini istəməsi idi. Bəli, cənab prezident dəfələrlə qeyd edib ki, "Bizim sözümüz imzamızdır,” lakin Putin daha rahat olmaq istəyib. Çünki özü bir gündə bir neçə dəfə həm mövqeyini, həm də sözünü dəyişməyi məharətlə bacarır. Söz demişkən, elə həmin görüşdə şeytani gülüşlə "biz heç bir imperiya bərpa etmirik, fikrimiz də yoxdur” sözünə təbii ki, nə o masa ətrafında oturanlar, nə də ki, bizlər inanmadıq. Çünki, şimal küləyi heç vaxt səmimi olmayıb, bu dəfə də səmimi deyildi. Bu görüş həm də, Azərbaycanın regional dövlətlər içində əsas nüfuz sahibinin olduğunun daha bir göstəricisi idi. Hələ mən o müqavilədə Azərbaycanın Rusiyadan sökə-sökə əldə etdiyi diplomatik uğurları sadalamıram.

Bu gün Rusiya "Ukrayna xalqını xilas etməyə gedirik” cəfəng şuarını səsləndirsə də, dünyanın gözü önündə əsl simasını göstərir. Belə ki, işğalçı rus əsgərləri əllərində SSRİ bayrağı tuturlar və "Biz SSRİ-ni bərpa edirik” deyirlər.

Keçmiş xülya ilə yaşayan, çürümüş, üfunət iyi verən çarlıq sevdası yenə də dinc əhalini tankların tırtılı altında əzir, yaşayış massivlərini ağır aviabombalarla bombalayır, toplarla yaşayış binasını dağıdır, gecə dinc vətəndaşları saxlayır, zorlayır və s. Ac-yalavac, dilənçi vəziyyətində olan rus əsgərinin mağazalardan ərzaq və s. talan etməsi də gözlərimizin önündədir. Təbii ki, rusun daima istifadə etdiyi ermənilər də iş başındadır, ölülərin cibini qarət edir, evlərə soxulur və qarətlə məşğuldurlar.

Bu xronologiya, tarixi kökə bağlanan iy verən üfunətli rus imperiya marağının əsl simasıdır.

Bu gün qəhrəman Ukrayna xalqı mərdlik və rəşadətlə ordu ilə bərabər ölümünə savaşır, Vətənini qoruyur. Bu fonda qəhrəman Azərbaycan oğullarını görmək bizi çox sevindirir. Onlar təkçə ikinci vətəni saydıqları Ukrayna uğrunda savaşmırlar, onlar bəşəriyyəti qana bürüdən məkrli - qanlı rus süngüsünə qarşı döyüşür və həlak olurlar.

Azərbaycan oğulları Ukraynada pulsuz ərzaq paylayır. Ukraynada yaşayan Azərbaycan anaları, qız - gəlini yemək bişirib ehtiyacı olan insanlara paylayır. Azərbaycan dövləti Ukraynaya, yəni haqq tərəfə, məzlum olan tərəfə hərtərəfli dəstəyini əsirgəmir. Pulsuz yanacaq, külli miqdarda humanitar yardım göndərir. Bəli, müstəqil və qüdrətli Azərbaycanın vətəndaşı olmağımla bir daha fəxr edirəm.

Bütün dünya bir daha gördü ki, biz daima haqqın yanındayıq.

Ukrayna, səninləyik!

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ