SON DƏQİQƏ
» » Milli Məclisin iclası bir dəqiqəlik sükutla başladı

Milli Məclisin iclası bir dəqiqəlik sükutla başladı

Tarix:

25-02-2022, 11:15

/ 2 172 dəfə oxundu.
Milli Məclisin iclası bir dəqiqəlik sükutla başladı

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb. Bugünkü iclasda Xocalı soyqırımının qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 11 məsələ daxil edilib.
 

Bunlar aşağıdakılardır:

 

1. Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Milli Məclisin Bəyanatı.

2. Milli Məclisin Mədəniyyət komitəsinin üzvünün seçilməsi haqqında qərar layihəsi.

3. "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

4. "Qaz təchizatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

5. İnzibatı Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu layihəsi (üçüncü oxunuş).

6. "Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

7. "Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanunu layihəsi (ikinci oxunuş).

8. "Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

9. "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi (ikinci oxunuş).

10. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

11. Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ