SON DƏQİQƏ

Məktəblər yenidən bağlanacaq?

Tarix:

4-02-2022, 10:19

/ 1 340 dəfə oxundu.
Məktəblər yenidən bağlanacaq?

Omikron virusunun yayılma dairəsinin geniş olmasını, yoluxma sayında ciddi artımı nəzərə alaraq, ən azı 2-3 həftəlik məhz təhsil sahəsi üzrə qapadılmaya gedilməlidir.

Bunu Bakupost.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

 

Ekspert bildirib ki, ölkədə gündəlik yoluxma sayı 6 mini keçib. Ancaq ümumtəhsil müəssisələrində dərslər davam edir, heç bir önləyici tədbir alınmır:

"Əvvəllər yenə də məktəblər iki həftəlik karantinə alınırdısa da, son vaxtlarda təhsil müəssisələrində yoluxma faktı qeydə alınmasına baxmayaraq, qapadılma yoxdur. Bəli, anlaşılandı ki, əhali vaksinasiya olunub və yüngül keçirir. Amma bəs axı ölənlər də var. 2-3 nəfər də deyil, 20 nəfərdən çox. Bu cür ziddiyyətli məqamların fərqində olan vətəndaş nə etsin?! İnansın, ya şübhə ilə yanaşsın? Fikrimcə, ölkədə 2 milyondan çox təhsil sahəsinə bağlı olan şəxsləri təhlükəyə atmaq lazım deyil. Ən azı 2-3 həftəlik təhsil müəssisələrinin qapadılması vacibdir. Çünki artım bu şəkildə davam edərsə, iki həftə sonra aktiv xəstə sayına görə xəstəxanalarda çarpayılar yetməyəcək”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ