SON DƏQİQƏ
» » İranla Azərbaycan münasibətlərinin inkişaf etməsinə çox sevinirəm- İran XİN başçısı

İranla Azərbaycan münasibətlərinin inkişaf etməsinə çox sevinirəm- İran XİN başçısı

Tarix:

22-12-2021, 13:18

/ 1 544 dəfə oxundu.
İranla Azərbaycan münasibətlərinin inkişaf etməsinə çox sevinirəm- İran XİN başçısı

Azərbaycan və İran arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün müxtəlif ideyalar var.

Bunu Azərbaycana səfərə gələn İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Bakıda aeroportda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçiriləcək:

"İranla Azərbaycan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsinə çox sevinirəm. Ötən üç ay ərzində azərbaycanlı həmkarımla bir neçə görüşüm olub. Əməkdaşlığın inkişaf etdirilməsi üzrə yaxşı formatlar çərçivəsində razılıq əldə etmişik. Səfər zamanı keçiriləcək görüşlərdə bu işlər yekunlaşdırılacaq. Bundan sonra iki ölkə arasında çoxlu sayda iqtisadi, ticarət və mədəni heyətlərin səfərləri olacaq”, - deyə o bildirib.

скачать dle 12.1

Şərhlər