
GunAz.az xəbər verir ki, İran İslam Respublikasının səfirliyi bu gün baş verən helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib. Paylaşımda deyilir:
İran İslam Respublikasının Səfirliyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması və bir neçə nəfərin şəhid olması ilə bağlı dərin kədər hissi keçirir, dost və qardaş dövlət Azərbaycan xalqına başsağlığı verir, şəhid olanların ailələri ilə həmdərd olduğunu bildirir.