SON DƏQİQƏ
» » Gömrük rüsumları ilə bağlı olan qərara dəyişiklik edildi

Gömrük rüsumları ilə bağlı olan qərara dəyişiklik edildi

Tarix:

6-11-2021, 11:35

/ 2 375 dəfə oxundu.
Gömrük rüsumları ilə bağlı olan qərara dəyişiklik edildi

Nazirlər kabineti "İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 22 aprel 1998-ci il tarixli qərarına dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, işğaldan azad edilmiş ərazilərin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalar və müharibənin partlayıcı qalıqlarından təmizlənməsi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı təsdiq edilib.

 

 

Həmin malların istifadəsini Nazirlər Kabinetinin Aparatı təsdiq edəcək.

Bu qərar 15 oktyabr 2021-ci il tarixindən tətbiq edilir və 5 il müddətində qüvvədədir.

скачать dle 12.1

Şərhlər