SON DƏQİQƏ

İran separatçılar üçün Xocalıda ev tikir?

Tarix:17-09-2021, 13:48 Oxunub:3 988

İran separatçı-terrorçu rejimin Xocalıda apardığı tikinti işlərinə dəstək verir.

Bu barədə "Hraparak” nəşri yazır.
Nəşr qeyd edir ki, Əsgəranda (Xocalının qəsəbəsi) aparılan tikinti işlərinə İran vətəndaşları da cəlb edilib.

"Onların sayı çox deyil, təxminən 2 nəfərdirlər. Ermənilər müharibədən sonra iş yerlərinin kəskin azalması fonunda bundan narahatdırlar. Xaricilərin işə götürülməsini qəbul etmirlər”, - nəşr qeyd edir.

Separatçıların "nümayəndəsi” Artur Qriqoryan İran vətəndaşlarının mənzil tikintisində iştirakını təsdiqləyib.
"Onlar farsdırlar” deyən Qriqoryan əlavə suallara cavab verməyib.
İran vətəndaşlarının separatçıların tikinti işlərində iştirakı İran şirkətlərinin Qarabağda separatçı-terrorçu rejimə dəstəyini sübut edir. İstisna deyil ki, mənzil tikintisini maliyyələşdirən ölkələrdən biri də İrandır.

Bu təsdiq edir ki:

- İranın Qarabağda separatçı-terrorçu rejimə dəstəyi təkcə qanunsuz yükdaşımadan ibarət deyil;

- Separatçıların mənzil tikintisində və digər layihələrində İran şirkətləri də iştirak edir;

- Xankəndinə daşınan qanunsuz yüklər İran şirkətlərinin layihələri üçündür;

- İran işğal dövründə olduğu kimi, indi də separatçı-terrorçu rejimlə əməkdaşlığı davam etdirir.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<