SON DƏQİQƏ

Qusarın polis rəisi KİMDİR?-YENİ TƏYİNAT

Tarix:

1-09-2021, 08:51

/ 5 373 dəfə oxundu.
Qusarın polis rəisi KİMDİR?-YENİ TƏYİNAT

Qusar Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə yeni təyinat olunub.

GunAz.az-ın əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovniki Eldar İlyasov bu vəzifəyə gətirilib. Məlumatı saytımıza açıqlamasında DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.

Polkovnik İlyasov bu təyinatadək Bakının Sabunçu Rayon Polis İdarəsinin rəisi olub. Onu isə bu vəzifədə hazırda həbsdə olan "Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun oğlu, Səbail Rayon Polis İdarəsinin keçmiş rəisi, polis polkovniki Cavid Muradov əvəzləyib.

 

Qeyd edək ki, Eldar İlyasov 6 ildir Sabunçu Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışırdı. O, sözügedən rayona Şəkinin polis rəisi olarkən təyinat almışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ