SON DƏQİQƏ
» » 3-cü qrupda müsabiqə balları daha yüksək olacaq- Məleykə Abbaszadə

3-cü qrupda müsabiqə balları daha yüksək olacaq- Məleykə Abbaszadə

Tarix:

23-08-2021, 15:36

/ 3 741 dəfə oxundu.
3-cü qrupda müsabiqə balları daha yüksək olacaq- Məleykə Abbaszadə

"III qrupda bu il 600 baldan yuxarı nəticə göstərən 617 nəfərdir. Keçən il isə bu, 555 nəfər idi”.

 

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

"Bu, o deməkdir ki, reytinqi yüksək olan ixtisaslarda müsabiqə vəziyyəti ağırlaşacaq. Məsələn, hüquqşünaslıq ixtisasına keçid balı 600 bal idisə, bu il daha yuxarı olacaq”, - DİM sədri bildirib.

 

M. Abbaszadə qeyd edib ki, ötən il keçid balları 400 baldan yuxarı formalaşmışdırsa, bu il keçid balı artacaq.

 

"150 baldan yuxarı nəticə göstərənlər keçən il 17964 nəfər idisə, bu il 16567 nəfərdir. Burada azalma var. Bu azalma müsabiqə vəziyyətinə təsir göstərməyəcək. III qrupda müsabiqə balları daha yüksək olacaq. Ola bilər ki, bəzi ixtisaslarda müsabiqə vəziyyəti ötənilki səviyyədə qalsın”.

скачать dle 12.1

Şərhlər