
Cari ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 267 milyon 560 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.
GunAz.az bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsi istinadən məlumat yayır.
Qeyd edilir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur.
Bu dövr ərzində diri çəkidə ət istehsalı 14 144 ton, süd istehsalı 62 439 ton olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,4 faiz, süd istehsalı isə 1,8 faiz artıb.
Həmçinin Cari ilin 1 iyuluna olan məlumata görə, Naxçıvan Muxtar Respublikası əhalisinin sayı bir il əvvələ nisbətdə 1 701 nəfər artıb.
Bu barədə də Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinad edirik.
Məlumata görə, hazırda muxtar respublika əhalisinin sayı 462 min 309 nəfərdir.
Mərdan DOLĞUN