SON DƏQİQƏ
» » Tokio-2020 də yer tutan idmançılara ŞAD XƏBƏR

Tokio-2020 də yer tutan idmançılara ŞAD XƏBƏR

Tarix:

12-08-2021, 16:55

/ 4 468 dəfə oxundu.
Tokio-2020 də yer tutan idmançılara ŞAD XƏBƏR

Prezident İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, XXXII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə ikinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat, üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat mükafat veriləcək.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ