SON DƏQİQƏ

Azərbaycan bunlara QADAĞA QOYDU

Tarix:

24-07-2021, 08:39

/ 4 565 dəfə oxundu.
Azərbaycan bunlara QADAĞA QOYDU

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Monqolustanın Xovd vilayətində dabaq xəstəliyi, Qana Respublikasının Mərkəzi və Böyük Akkra inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Qida Təhlükəsizliyi Agentliyindən GunAz.az-a verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Monqolustanın Xovd vilayətindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına və OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Qana Respublikasının Mərkəzi və Böyük Akkra inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

скачать dle 12.1

Şərhlər