SON DƏQİQƏ

"Yaxşı" erməni

Tarix:

26-06-2021, 19:14

/ 4 731 dəfə oxundu.
"Yaxşı" erməni

 Ədib İSAOĞLU
Ay ellər görəsən, dünyada mənim xalqımdan güclü siyasi biliyə malik olan ikinci bir xalq varmı? Yox əşi inanmıram. Göz dəyməsin mənim alagöz, qədir bilən millətimə, millətimin 90 faizi İngilis diplomatlarını xəzərə susuz aparıb susuz gətirər.
    Onu deyirdim axı, Qədim İrəvanımızda keçirilən seçkiləri. Xalq olaraq bütün gücümüzü səfərbər edib Paşanı (məlumatınız üçün deyimki, Paşinyanın adını yaxin vaxtlarda dəyişib Paşa qoyacaq mənim müdrik siyasi xalqım. Artıq atasının Naxçıvanlı olduğu öz təsdiqini tapıb. Mən İsa babadan şübhələnirəm.) seçdik. Eşq olsun bizə, maşallah-maşallah XİN-dən başqa hamımız siyasət əhliyik dövlət, şirkət işçilərindən tutmuş, taa naxır otaran çobanımıza qədər. Çoxluğu təşkil edənlər isə işsizlər ordusudur. Cib boş, ağıl dolu: "Ala, Rusiyanı Paşiniyan bilirsın nə günə qoydu, 53 faizinən liderdi eyyy, görüm bir siqaret". Və yaxud bir başqası: "bizim üçün, Köçəriyandansa Paşinyan yaxşıdı birdənə də mənə ver siqaretindən". Paşiniyan andiçmə mərasimində, sizin hərənizə bir paçka "Arin-berd" siqareti, 100 qram tut arağı, bir tikədə sala hədiyyə edəcək.
    Ay mənim yaxşılıq itirməyən xalqım, nə olsun ki, Paşikin kökü Türkdü, sonucda Ermənistanı təmsil edir axı. Biz Naxçıvanlıların bir deyimi var deyərlər ki, "deməzlər erməni yaxşıdır deyərlər, bu erməni o ermənidən yaxşıdır " və yaxud deyərlər "ən yaxşı erməni ölü ermənidir". İndi mənə deyin görüm Paşikinən Köçəriyanın fərqini. Ay sizə erməni quzusu kəsim həmdə mələməmişini. Siz elə bilirsiniz Paşik obirilərdən yaxşıdır?- Qətiyyən yox, bu onlardan pis, və daha da milliyyətçi kopoyoğludur. Yadınızdan nə tez çıxdı Paşikin Qarabağdakı sərsəm çıxışları? Yadınıza bütün ermənilər qurban olsun nə tez unutdunuz Paşikin dediklərini: "Azərbaycanda hanı o cürət mənim Xocalı aeroportuna enən helikopterimi vursun, yüz illər boyu belə qonşularımız olsun, Şuşa arçaxın paytaxtı olacaq". Şuşada yallı gedib, tost deyib Azərbaycanlılara sataşmaq, hələ özü cəhənnəmə, o yavru Annanın Mehriban Əliyevaya, sərsəm sataşmaları: "Əgər Qarabağda muğama qulaq asmaq meylinə düşsə, muğam dinlədiyi yerləridə itirəcək". Hii, di buyurun cavab verin Paşiki alqışlayanlar, Paşikə dəyən Türk intiqam şilləsi  Köçəriyanla, Sarkisiyana dəysəydi, nəinki, Zəngəzurdan karidor, bütün qərbi Azərbaycanı verib aradan cıracaydılar. Paşikin arxası "Kim Kardaşiyana" və qərbə dayanır yəni bir az sağlamdır. Deyəcəyim odur ki, yaxşı Erməni yoxdur, yaxşı Türk şilləsi var. Bu Türk oyananda hamı yaxşı olur tək Nikoldan başqa.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ