SON DƏQİQƏ
» » Bakının Mətbuat və ya Qəzet köşkləri, dönüb olub Press-kiosk...

Bakının Mətbuat və ya Qəzet köşkləri, dönüb olub Press-kiosk...

Tarix:

10-06-2021, 18:01

/ 4 141 dəfə oxundu.
Bakının Mətbuat və ya Qəzet köşkləri, dönüb olub Press-kiosk...

Sabir RÜSTƏMXANLI,

Millət vəkili

 

Hər şeyi cahilcəsinə özgələşdirməyi xoşlayırıq. Ailədən başlanır: Anaya-mama, ataya-papa deyənlər daha intellektual, üst təbəqənin adamı olduqlarını düşünürlər. Beləcə, hamımızın gözünün qabağında Bakının bütün Mətbuat və ya Qəzet köşkləri, dönüb olub Press-kiosk...

Vaxti ilə, Bakıda kitab dükanları necə gəldi özəlləşdirilib yox ediləndə Prezident Administrasiyasına narazılıq məktubu yazmış və kitablarımızın oxucuya çatdırılması üçün bir çarə kimi, qəzet köşklərinin böyüdülüb modernləşdirilməsi və qəzet-kitab köşkünə çevrilməsini təklif etmişdim. Az sonra bu təklif həyata keçirildi (Bəlkə də öz ağıllarına gəlmişdi). Bakının küçələrində yeni, daha uyğun köşklər qoyuldu. Lakin bunlar Qəzet köşkü olmadı, Mini market oldu.

İndi bu marketlərə yanaşıb soruşuram: Sizdə "Azərbaycan" jurnalı var? Cavab verirlər, yoxdur. Bəs "Ulduz" jurnalı, "Literaturnıy Azerbaydjan", "Qanun", "Xəzər" jurnalları? "Heç biri yoxdur, biz jurnal almırıq və satmırıq".

Bəzi köşklərdə, mənim kitab arzum bir yana, heç qəzet də satılmır. Mətbuatdan başqa hər şey var burda, siqaretdən tutmuş, saqqıza, suya, kolbasaya, oyuncağa qədər..."Ay bala, bəs sənin adın Mətbuat köşküdür!"

Başını qaldırıb təəccüblə yuxarı baxır... Allah bilir bəziləri bəlkə heç mənasını da anlamır; elə bilirlər ki, bu yerlər əlinə nə keçdi presləyib camaata sırımaqdan ötrüdür... Bəlkə xalq bu kiosklardan tamamilə imtina etsin, "bizə bu antisanitariya şəraitində əlinə nə keçdi camaata sırıyan "kiosklar" lazim deyil, bizim "Qəzet-jurnal köşkərimizi qaytarın!" desin?! Məlumat üçün deyim ki, bəzi ölkələrdə yeni kitab və qəzetlər bütün ərzaq mağazalarında da satılır…

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ