SON DƏQİQƏ

Məndən keçsin, kimə dəyir dəysin…

Tarix:

3-06-2021, 08:54

/ 3 831 dəfə oxundu.
Məndən keçsin, kimə dəyir dəysin…

 Ədib İSAOĞLU

Payızın son aylarında çoban yaylaq səfərini başa vurub, qışlağa qayıdırmış. Sən demə o yaylaqda olanda, kənddə təzə bir məscid tikiblər. Məsciddən xəbərsiz olan çoban sürüsünü minarənin yanından keçirirmiş. Elə bu zaman 500 vatlıq dinamikdən çıxan güclü azan səsi, həm çobanı, həmdə qoyun sürüsünü möhkəm ürküdür. Təlaşlanan çoban özünə gələr-gəlməz çombağını səmitləyib hücum çəkir məscidə. Məsciddə mollayla qarşılaşan çoban, çombağı qaldırır ki, mollanı şaqqalasın, molla iki əliynən başını qucaqlayıb bağırır.

- Qardaş aman günüdü dayan görüm məni niyə döymək istəyirsən?

- Ə, bu nə səsiydi çıxartdın sən, qoyunlarım ürküb dolub xalqın həyətinə.

Molla azan haqqında arayış verəndən sonra, bir qədər fikirləşən çoban molladan soruşur:

- Ayə, məni başa sal görüm, bu azanın davara-qoyuna bir zərəri yoxdur?

- Əstağfürullah qardaş, əstağfürullah. Sənin davarlarına heç bir zərəri yoxdur.

- Ə, onda nə qədər bağırırsan bağır.

Bizim bəzi məmurlar, jurnalistlərlə eynən çobanla molla kimi davranırlar. Tutalım bir yazı yazırsan, o yazıdada çatışmayan nöqsanlara toxunursan. Bundan sonra məzhəkə başlayır, nə başlayır. Nöqsanı yaradan və ya nöqsanı aradan qaldıra bilməyən bu məmur, başlayır özündən yuxarı şöbələrə şüvən salmağa ki, ay aman qoymayın mənim nöqsanlarımdan yazıblar. Yuxarı şöbə də, bu binəvaya deməkdən ki, «ay bala, ay oğul, ay müdir nöqsanı demək dost işidir, düşmən nöqsanı deməz, get işlərini səhmana sal, nöqsanlarını aradan qaldır», əksinə, onlar da başlayır jurnalistə məsləhət verməyə: "Əşi sənin nəyinə lazımdır filan çatışmazlıq, filan problem. Sənə qalıb bunları qabartmaq? Bizdən yazma kimdən yazırsan yaz».

Yəni ki, «məndən keçsin qardaşıma dəysin», misalı. Başlayırsan öz-özünə düşünməyə; ey dadi-bidad, bu məmurla, azan səsindən anlamayan çobanın fərqi yoxuymuş ki…

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ