SON DƏQİQƏ

Oruc tutmamaq BƏHANƏSİ

Tarix:

2-03-2026, 13:46

/ 3 361 dəfə oxundu.
Oruc tutmamaq BƏHANƏSİ

Ədib İSAOĞLU
Bizim kənddə bir dükançı Hüseyn əmi var idi, bu rəhmətlik çox açıq sözlü və vəziyyətdən asanlıqla çıxış yolu tapan adam idi. Həmdə urusnan almanların savaşında iştirak etdiyinə görə, sözü də hər yerdə qəşəng keçirdi. Əlqərəz keçək mətləbə.     
O, vaxtı urusdar Hüseyn əmiyə dünyanın ən gözəl milləti olan Almanlara güllə atdığı üçün bir ZAPI vermişdilər ki, ayağını yerdən götürsün. ZAPI-nı da yazıq kişinin özü sürə bilmədiyindən oğlu sürürdü həmişə. 
Günlərin bir günündə bu binəva Hüseyn əmini qəza hıxlayır. Polislər də bilirki, Hüseyn əmi maşın sürə bilmir, kişiyə sataşmaq üçün deyirlər: 
-Kişi maşını kim sürürdü? 
-Bıy bala özüm sürürdüm da kim sürəcək. 
Bir polis digərinə göz basıb deyir: 
Hələ otur bir metr sür görüm sən maşın sürə bilirsən? 
-Bıy-bıy bala bu boyda qəzadan sonra ta məndə hal qalıb ki. mən maşın sürə bilərəm.
 İndi deycəyim odur ki, bu orucunan zadnan mənim işim olmazdı. Amma açığı bu ayətullah Xameneiyə görə istəyirdim tutum, (Tutmaq deyəndə ki, bir neçə dəfə istəmişəm tutum ey, di gəl ki, qollarımın arasındn sivişib çıxıb. İndi bunun günahkarı mən deyiləm da yəqin ki) İndi rəhmətlik ağam bizi tərk etdiyi üçün, Hüseyn əmi deməli ta mən təzədən oruc tuta bilərəm.
     Yazını oxuyanlardan təvəqqem  odur ki, oxuyandan sonra orda-burda danışmayın ha, birdən kışı getməz o tərəfə, aramızda soyuqluq olar.
скачать dle 12.1

Şərhlər