20 Yanvar hadisələri xalqımızın qan yaddaşını təşkil edir. Hüzn dolu, ürəkləri göynədən bir faciə olsa da, bu tarixi qəhrəmanlıq dolu gündə xalqımız öz istiqlaliyyət yolunda əzm və iradə nümayiş etdirmişdir. Kütləvi olaraq xalq hərəkatında iştirak edən hər bir azərbaycanlının qəlbində yalnız milli azadlıq naminə mübarizə hissi hakim idi. Buna görə də, sovet imperiyası kimi qəddar bir siyasi mexanizmə qarşı mücadilə açan Azərbaycan xalqı bu tarixi gündə azadlıqsevər və mücadiləçi olduğunu qətiyyətlə nümayiş etdirdi. Tankların qabağında canının sipər edən xalq istiqlaiyyət yolunda özünü şəhid edərək vətən torpağını öz qanı ilə suvardı. Milli azadlıq uğrunda qətiyyət və dönməzlik nümayiş etdirən xalqımızın tarixində 20 Yanvar qəhrəmanlıq və şücaətlə dolu şanlı bir tarix səhifəsini təşkil edir. Bu mənada 20 Yanvar faciəsi xalqımızın azadlıq üçün apardığı mücadilə yolunda misilsiz qəhrəmanlıq örnəyidir.
1988-ci ildən başlanan xalq hərəkatı ermənilərin Azərbaycan torpaqlarına qarşı ərazi iddialarına yönəlməklə bərabər milli azadlıq və müstəqillik məqsədi də kəsb edirdi. Erməni xəyanətkarlarının ərazi iddiaları vətən naminə canın qurban etməyə hazır çoxmilyonluq xalq kütləsi tərəfindən qəti etirazla qarşılandı. İmperiya qüvvələrinin Azərbaycana qarşı xəyanətkar və ermənipərəst mövqeyi nifrət və qəzəblə qarşılanaraq xalqın milli birliyi ilə mübarizə halı almasına səbəb oldu. Beləliklə, torpaqlarımızın bütövlüyü və milli istiqlaliyyət məqsədi kəsb edən xalq hərəkatı geniş vüsət aldı. Xalqın iradəsini qırmaq niyyətilə qanlı terror aktına əl atan Sovet imperiyası qoşunlarının Bakı şərhətrinə yeritməklə planlı şəkildə xalqı məhv etmək məqsədi güdmüşdür. Təpədən dırnağa qədər silahlanmış sovet qoşun hissələri ən qəddar üsul və amansızlıqla xalqı gülləbaran etmiş, dinc sakinlərin kütləvi qırılmasına yol açmışdır. 20 Yanvar faciəsi zamanı 147 nəfər Azərbaycan vətəndaşı şəhid olmuş, 744 nəfər isə yaralanmışdır. Yanvarın 19-dan 20-nı keçən gecə baş tutatn bu amansız hadisə zamanı yaşayış evləri atəşə tutulmuş, təcili yardım maşınları, yol kənarında dayanan avtomobillər tankların altına salınıb əzilmiş, yaralılara yardım göstərən tibb işçiləri güllələnmiş, dinc sakinlər evlərində belə güllə-barana məruz qalmışdır. Bu qanlı hadisə kədər dolu faciə təşkil etsə də, Azərbaycan xalqının mübarizə əzminin nümayişi kimi şanlı bir tarixi səhifəni də yazdı.
Xəyanətkar mövqe tutan o zamankı rəhbərlər də sovet imperiya qüvvələrinin dəyirmanına su tökərək bu qanlı hadisələrin baş verməsinə imkan vermiş, hətta Azərbaycan xalqının bu qanlı hadisələrdən xəbərsiz qalmasına cəhd göstərmişdir. 20 Yanvar faciəsinə ilk rəsmi münasibəti bildirən və siyasi-hüquqi qiyməti verən ulu öndər Heydər Əliyev olmuşdur. 1990-cı il yanvarın 21-də xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xaincəsinə törədilmiş 20 Yanvar faciəsi ilə əlaqədar çıxış etmiş, bu barədə məlumatı bütün dünyaya bildirmiş, cinayətkarları və xüsusilə, SSRİ rəhbərliyini ağır ittiham etmişdi. Hətta ulu öndərin bu çıxışı olmasa və yayınlanmasa idi, heç bir dünya ölkəsində, ayrı-ayrı adamlarda, hətta blokadaya salınaraq Azərbaycanını əsas hissindən ayrı düşmüş Naxçıvanda bu barədə məlumat olmayacaq idi. Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutmuşdu.
20 Yanvar faciəsinə rəsmi münasibət məhz ulu öndər Heydər Əliyev tərəfindən doğma vətəni Naxçıvanda olarkən bildirilmişdir. Ümummilli lider heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən Ali Məclisin 21 noyabr 1990-cı il tarixli sessiyasında şəxsən təşəbbüskarlıq edərək bu qanlı hadisəyə qarşı rəsmi münasibət bildirmiş, ilk siyasi-hüquqi qiymət verilmişdir. Göstərilmişdir ki, 20 Yanvar faciəsi xalqımızın azadlıq uğrunda başlatdığı hərəkata zərbə vurmaq məqsədi güdən sovet imperiyası və Mixail Qorbaçov başda olmaqla onun qəddar siyasi rəhbərlərinin xalqımıza qarşı xəyanəti və cinayətidir. “Qara Yanvar”la bağlı indiyədək açılmamış sirlər də çoxluq təşkil edir. 20 Yanvar faciəsi ilə bağlı 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılsa da, bir daha geri qaytarılmayıb. Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu qiyməti almayıb. Hətta Azərbaycanda dövlət müstəqilliyi əldə olunduqdan sonra da ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsinə maraq göstərməmiş, bu istiqamətdə məqsədyönlü iş aparmamışlar. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıdandan sonra 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilmişdir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmiş, ümummilli liderimiz Şəhidlər xiyabanını ziyarət edərkən burada qısa müddətdə memorial kompleksin ucaldılması ilə bağlı tapşırıq vermişdir. 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı ulu öndər Heydər Əliyevin 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunurdu. 1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasında Azərbaycana qoşun yeridilməsinin xalqımıza qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilməsi, təqsirkarların məsuliyyət dərəcəsinin müəyyənləşdirilməsi də məhz ümummilli liderimizin təşəbbüsü ilə mümkün olmuşdur.. Cinayəti törədənlərin adları ictimaiyyətə çatdırılmış və 20 Yanvar Ümumxalq Hüzn Günü olaraq elan edilmişdir. XXI əsrin lideri kimi şöhrətlənən ulu öndərimiz Heydər Əliyev 20 Yanvar faciəsinə qiymət verərkən demişdir: “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azdalığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi”.
Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlər layiqli siyasi varis Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək 20 Yanvar hadisələri və onun qurbanlarına qarşı Azərbaycan xalqının milli mənafeyindən yanaşılmış, şəhid ailələri və zərərçəkənlərə yüksək dövlət qayğısı göstərilmişdir. Prezident cənab İlham Əliyev qanlı 20 Yanvar faciəsi haqqında demişdir: “20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi... 20Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları Qanlı yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”.
20 Yanvar faciəsinə gedən yol Azərbaycanın göz bəbəyi olan Naxçıvanın ərazisinə silahlı hücum və basqınlardan başlamışdır. Azərbaycanın qədim və zəngin əzəli torpağı olan Naxçıvana silahlı hücum edən ermənilərə qarşı Naxçıvan əhalisi qəhrəmanlıq və mübarizliklə cavab vermişdir. Sədərəyə hücumla başlanan bu basqınları naxçıvanlılar qəhrəmanlıqla dəf etməyə və vətənin bir qarış torpağını da düşmənə verməmək uğrunda canı və qanı ilə döyüşmüşdür. 1989-cu ildən başlanan, 1990-cı ildə şiddətlənən, 1991-1992-ci illərdə müharibə səviyyəsini alan erməni hücumları zamanı Naxçıvan özünün mübarizə əzmini, vətənə bağlılıq, qeyrət və qəhrəmanlıq şücaətini ortaya qoydu. Döyüşə atılan hər oğulun ürəyində vətənpərvərlik duyğuları, alnında qəhrəmanlıq yazısı görünürdü. Torpaq uğrunda şəhid olan hər bir igidimizin qəlbində, dilində “Vətən sağ olsun” nidası eşidilirdi. Onlarla naxçıvanlı şəhid oldu, xəsarət aldı, fiziki şikəstlik qazandı. Lakin vətənin bir qarışı da düşmən tapdağına verilmədi. Həmin dövrdə Naxçıvanda baş verən hadisələri ümummilli liderimiz Heydər Əliyev xarakterizə edərək belə demişdir:“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumundan 8 saat əvvəl sovet qoşun birləşmələri və erməni silahlı dəstələri Naxçıvan Muxtar Respublikasına hücum etmiş, qan tökülmüş və erməni quldur dəstələri Naxçıvan Muxtar Respublikasının Kərki kəndini işğal etmişdir. Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində vaxtilə ümumqoşun şəbəkəsinə daxil olan Azərbaycanı Naxçıvanla bağlayan dəmiryol xətləri və avtomobil yolları kəsilmiş, Naxçıvana Azərbaycandan təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq taleyi qismət olmuşdur. Məhz belə ağır şəraitdə Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək Azərbaycanın bu qədim torpağını ermənilərin işğalı təhlükəsindən xilas etdi və onun muxtariyyət statusunu qoruyub saxladı. Milli istiqlaliyyət uğrunda mübarizə yollarında o zaman Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanaraq dəstəkləndi və respublikada gedən siyasi proseslərə öz müsbət təsirini göstərdi… Naxçıvanlıların bu cəsarətli addımı o vaxt yeganə bir addım idi”.
Naxçıvan torpağı qəhrəmanlıq və qeyrət dolu insanların mübarizə əzmi, ulu öndər Heydər Əliyevin uzaqgörən zəkası, siyasi qətiyyəti, diplomatik məharəti nəticəsində müdafiə olundu, qorundu və inkişaf etdirildi. Ulu öndər Heydər Əliyevin məharətli diplomatik addımları ilə Naxçıvan Muxtar Respublikası düşmən işğalından qotunmaqla bərabər blokadanın çətinliklərindən xilas edildi, əhalinin həyat şəraiti və yaşayışı təmin edildi. Bu gün davam və inkişaf etdirilən Heydər Əliyev siyasəti Naxçıvan Muxtar Respublikasında yüksək inkişaf, sürətli dirçəliş və vüsətli abadlıq-quruculuq, yenələşmə ilə müşaiyət olunur. Şəhidlərimizin qanı bahasına qorunan torpaqlarımızda əhalinin rahat və əmin-amanlıq içərisində yaşayışı təmin olunub, hər cür şərait və imkanlar yaradılıb. Dünən vətənpərvər sakinlərin qoruduğu sərhədləri bu gün inkişaf etmiş Azərbaycan ordusunun əsgərləri qoruyur. İnkişaf və tərəqi yolu keçən ölkə düşmənə ən layiqli cavabı ifadə edir.
20 Yanvar faciə dolu hadisə olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzminin nümayişidir. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı və dövlət müstəqilliyinə yol açdılar..Bu gün Azərbaycan bayrağı torpaqlarımızın hər bölgəsində qürur və fəxarətlə dalğalanır. Azərbaycan xalqı şəhidlərinin simasında bütün dünyaya azdlıq üçün ölümə hazır olan millət idealını təcəssüm etdirdi. Bu gün azad torpağımızın hər güşəsində milli fəxarət və qürur nümayiş etdirən Şəhidlər Xiyabanı var. Onların canlarını sevərək fəda etdiyi Azərbaycan xalqı isə adlarını uca tutur, əbədiləşdirir, həmişə hörmət və sayğı ilə xatırlayır. Dövlətimiz tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, əlil olanların sosial müdafiəsinin gücləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, ölkə Prezidentinin “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar, “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2011-ci il 19 yanvar tarixli fərmanları ilə bu kateqoriyadan olan insanlara göstərilən dövlət qayğısı daha da artırılmışdır. Həmçinin Bakı şəhərinin Yasamal rayonundakı “20 Yanvar” dairəsində şəhidlərin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.
20 Yanvar faciəsindən 36 il ötür. Əbədi, dönməz və sarsılmaz müstəqilliyimizin işığında yaşayan xalqımız hər il yanvarın 20-də Şəhidlər xiyabanına üz tutur, azadlığımızın qandallarını sındırmış şəhidlərimizi ehtiramla yad edir, xatirəsini əziz tutur. Dövlət başçısının dediyi kimi:“Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq. Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.
Bəli, şəhidlər heç vaxt unudulmayacaq. Onlar xalqın azadlığı yolunda canlarından keçməyə hazır olduqlarını göstərdilər və bu yolu qəhrəmanlıqla qət etdilər. Ölümə gedən yollar onları ölməzliyə, əbədiyyətə, xalqımızı isə əbədi azadlığa qovuşdurdu. Ulu öndərimiz Heydər Əliyev 20 Yanvar faciəsini xatırlayaraq və azadlıq yolunda şəhid olanların ruhuna hörmət bəsləyərək deyirdi: “Bizim xalqımız o günü heç vaxt unutmayacaqdır. Çünki o, ayrı-ayrlı insanlara edilən qəsd, təcavüz deyildi, bu, bütün azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan ölkəsinə edilən təcavüz idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır”. Bu mənada torpaqlarımızın hər guşəsində ucalan şəhid məzarları alınmazlıq qalası, mübarizə, qeyrət simvoludur. Ölkəmizin azadlığı onların qeyrəti üzərində bərqərar tapdığı kimi, dövlətçiliyi və inkişafı özünü vətən, xalq yolunda həsr edən ulu öndərimizin zəkasının təntənəsi üzərində mövcuddur. Biz məhz xalqımızın, özünü hünərlə şəhid edənlərimizin və əzmlə dövlətçiliyimiz uğrunda mücadilə aparan ulu öndərimizin sayəsində, Prezident cənab İlham Əliyevin dediyi kimi: “…Bütün çətin sınaqlardan çıxa bildik. Bu gün ölkəmiz dünyada ən sürətlə inkişaf edən ölkədir. Azərbaycan sübut etdi ki, xalqının iradəsinə əsaslanaraq müstəqil, azad ölkə kimi uğurla inkişaf edir”.Bəli, biz məhz bu birlik, azadlıq eşqi və döyüş qüdrıtui sayəsində 2020-ci ildə işğal edilmiş torpaqlarımızın azadlığına da nail olduq, suverenliyimizi təmin etdik. Xalqımızın milli birlik simvoluna çevrilən şüarımızda deyildiyi kimi: Şəhidlər ölməz, Vətən bölünməz!
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı
filologiya elmləri doktoru, dosent