SON DƏQİQƏ

Bəylər Eyyubovla bağlı QƏRAR

Tarix:

18-12-2025, 21:15

/ 3 315 dəfə oxundu.
Bəylər Eyyubovla bağlı QƏRAR

Nazirlər Kabineti "Aeroportlarda (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərinin Siyahısı"nın təsdiq edilməsi haqqında 29 oktyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib.
GunAz.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, siyahıya Prezidentin Katibliyinin rəisi və onun müavini əlavə olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi Bəylər Eyyubovdur.
скачать dle 12.1

Şərhlər