SON DƏQİQƏ

Əli Əsədov qərar imzaladı

Tarix:

29-02-2024, 12:56

/ 2 970 dəfə oxundu.
Əli Əsədov qərar imzaladı

Nazirlər Kabineti 12 oktyabr 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron notariat” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra notariusun və yaxud xüsusi notariusun köməkçisinin, Azərbaycan konsulluqlarının səlahiyyətli vəzifəli şəxslərinin və notariat ofisləri olmayan yaşayış məntəqələrinin yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrinin sorğusu əsasında vəfat edən şəxsin bank hesabları və əmanətləri, habelə bank saxlancında olan əmlakı barədə "Elektron notariat”dan məlumat almaq mümkün olacaq.
скачать dle 12.1

Şərhlər