SON DƏQİQƏ

"Bu insanlar sizin SINAĞINIZDIR”...

Tarix:

27-10-2025, 15:27

/ 3 769 dəfə oxundu.
"Bu insanlar sizin SINAĞINIZDIR”...

“Quran deyir ki, qohumlarla, insanlarla əlaqələrinizi kəsməyin. Nəinki qohumlarla, hətta yolçularla da, çətinliyə düşmüş yad adamlarla da əlaqəni kəsməyin.
 Bu əslində mistik bir ayindir: biz başqaları ilə əlaqələri bərpa etməklə dolayısıyla Allaha yaxınlaşmış oluruq. İsa peyğəmbər deyirdi ki, “axirətdə gələcəksiniz və Allah sizə deyəcək ki, məni niyə yeməksiz, çörəksiz qoydun. Deyəcəksiniz ki, ay Allah sən nə vaxt mənim qapıma gəlmişdin ki? Axı mən bütün günü ibadət edirdim, qurban kəsirdim. Deyəcək ki, filan dilənçi mən idim gəlmişdim sənin qapına, amma sən məni qovdun, bir qab xörəyi mənə qıymadın”. Allah İsanın diliylə deyir ki, ehtiyatlı olun, ətrafınızda gördüyünüz insanlar sizin sınağınızdır”.
Azərbaycanlıların əsas missiyası bir-birinə təmənnasız dəstək olmaqdır. 
Müşfiq Ötgün, 
fəlsəfə doktoru, yazıçı
скачать dle 12.1

Şərhlər