Sadıq QARAYEV
Yerdən milyonlarla işıq ili uzaqlıqda ulduzlar, məkanlar vardır.
Təsəvvür edin ki, bu an 60- 70 milyon işıq ili uzaqlıqdayıq və oradan yerə hansısa cihazla baxıb yaxından görə bilirik.
Biz nə görəcəyik? Dinozavrları, nəhəng uçan quşları, sürünənləri, demək olar ki, mezozoy erasının son dövürlərini.
Ona görə ki, işıq sürətini keçə bilən sürət hələ ki, məlum deyil. Burada indi baş verənləri çəkib, uzağa ötürsək, bu ötürmə elektromaqnit dalğası sürətilə olacaq və bu da işiq sürətinə yaxın bir sürətdir.
Baxış sürəti də işıq sürətini keçə bilməz. Bəs biz uzaq ulduzları gecələr niyə o anda görə bilirik?
Demək ki, keçmişdə olmuş hadisələr müxtəlif uzaqlıqlardan hələ də hansısa bir formada görünməkdədir...
Bunun əksi də vardır. Yəni 60- 70 milyon işıq ili uzaqlıqdakı həmin məkanda baş verən hadisə də bizə elə bu qədər ( 60-70 mil. İl ) sonra gəlib çatacaq.
Demək ki, gələcəkdə olacaq hadisələr də müxtəlif uzaqlıqlarda artıq baş vermişdir.
Nəticə: keçmişə və gələcəyə getmək üçün işıq sürətini keçmək lazımdır..
Qlobal, kainata bütöv şar kimi baxanda keçmiş və gələcək yoxdur.
Əgər bütün kainat, yəni məkan bir nöqtənin partlamasından yarnmışsa, elə zamanda bir nöqtədən yaranmışdır.
Deməli, zaman düz xəttə yox, daha çox müstəvilərdə olan parelel xətlərə bənzəyir.
Bu zaman xətlərinin birində biz, birində dinozavurlar yaşayırıq.
Gecə evdən çıxb göyə baxanda Ulduzların indiki halını yox, uzaqlıqdan asılı olaraq müxtəlif illər əvvəlki anlarını görürük. Təsəvvür edirsiz çoxlu ulduzlar eyni anda görürük. Amma hərəsinin müxtəlif il əvvəlki vaxtını.
Dayım Maislə yurd yerində oturmuşuq. 25- 30 il əvvələ baxa bilsəydik, indi babam qoyunları örüşdən gətirirdi, nənəmgil sağırdı. Sonra quzuları buraxırdılar. Mələşə- mələşə analarını tapıb, süd içirdilər.
İndi onların heç biri yoxdur. Mövcudluq zamana səpələnmişdir.