Erməni alimini döyən, İranda dığaların sui-qəsd cəhdi ilə üzləşən Ziya Bünyadov barədə az bilinən faktlar: Ziya Bünyadovun İkinci Dünya Müharibəsində 700 döyüşçü yoldaşından cəmi 40-ı sağ qalmışdı. Ağır yaralansa da, Ziya Bünyadov da sağ qalanlar arasındaydı.
Kabinetinin qapısı həmişə açıq olardı. O, kabinetinə gələn hər kəsi qəbul edərdi. Alim ciddi olduğu qədər də zarafatcıl adam olub. Asudə vaxtlarında yaşadığı binanın həyətində qonşularla nərd oynayardı. Ziya Bünyadov 6 dil bilirdi.
O, ermənilərin bəzi tarixi saxtakarlıqlarını ifşa etmişdi. Buna görə də erməni həmkararı ona böhtan atırdılar. Ziya Bünyadov onları görəndə əsəb keçirirdi. Bir dəfə Moskvada elmi tədbirdə erməni və azərbaycanlı alimləri arasında mübahisə yaranır. Ziya Bünyadov tribunaya çıxaraq tarixi faktları elə açıqlayır ki, tədbirin aparıcı olan rus alimi “daha müzakirələrə ehtiyac yoxdur”, - deyib, müzakirələri dayandırır.
Xanımı Tahirə Bünyadova: “1989-cu ildə Ziya İrana gedəndə ona sui-qəsd hazırlamışdılar. İranlılardan biri onu qatardan düşürür ki, səni avtomobillə aparacağıq. Ziya onların təşkil etdiyi yol qəzası nəticəsində ayağından yaralandı. Ziya xəstəxanaya gedəndə həkimin də erməni olduğunu bilir. Buna görə də onun tibbi yardımından imtina etdi. SSRİ-nin İrandakı səfiri bildirdi ki, ermənilər onu aradan götürmək istəyiblər”.
Tahirə Bünyadova: “Ziya həmişə Gürcüstanda dissertasiya işlərində opponent olurdu. İberiya mehmanxanasında iki erməni – elmi katib və institutun direktoru Ziyaya yaxınlaşdı. Dedilər Ziya, sən bizim tariximiz barədə yazdıqlarından imtina et. Televiziyada çıxış et və de ki, bizim barəmizdəki tarixi əsərlərini yalan yazmısan. Sənə burada ev, kotec verərik. Ölkən sənin qiymətini bilmir. Ziya bunları eşidəndə onlardan biri pilləkəndən aşağı atmaq istəyib. Lakin buna imkan verməyiblər. Belə olduqda Ziya onu döyüb”.
Ermənistandan ilk azərbaycanlılar qaçqın düşəndə Ziya Bünyadov Azərbaycanın o zamankı rəhbəri Əbdürrəhman Vəzirova deyir: “Ermənistandan gələn qaçqınları Qarabağa, Xankəndiyə yerləşdirmək lazımdır. Belə etsəniz, Ermənistandan azərbaycanlıların qaçqın düşməsinin qarşısı alınacaq. Yox əgər etməsəniz, Ermənistandakı digər azəraycanlılar da oradan qaçqın düşəcək. Ə.Vəzirov onun sözünü eşitmir. Hər şey Ziya Bünyadovun dediyi kimi oldu.

Gülnarə SAF