SON DƏQİQƏ

Yaradılışına ŞÜKÜR ETMƏYƏNLƏRƏ...

Tarix:

9-10-2025, 10:02

/ 4 099 dəfə oxundu.
Yaradılışına ŞÜKÜR ETMƏYƏNLƏRƏ...

Sürəyya HACIYEVA
Naqasakiyə atılan atom bombası sonrası radiyasiyadan  leykoz (qan xərçəngi) xəstəsi olmuş 4 yaşlı bir oğlan uşağına, kimyaterapiyadan sonra dayaq olmağa çalışan 5 yaşlı bacısının duruşu...
İndi nə işlə məşğulsansa, dayandır və bu şəkilə bax..
Güzgünün qarşısına keçib sağlamlığına, yaradılışına şükür etməyənlərə...
Ən xırda bəhanələrlə hər gün xəstəlik xəstəsi olanlara...
Bu günün qədrini bilməyib, keçmişdə itib  qalanlara...
Dünyalıq hərisliyinə düşənlərə...
Axmaq  olduğunu anlamayıb, özünü “ağıllı” sayanlara...
Həyatda daim bəhanə axtaranlara...
Nə axtardığını belə bilməyən, mənasız yaşayanlara...
Qədr-qiymət bilməyənlərə...
Özünü və insanlığı sevməyənlərə... başa salmağa çalışın ki,bəzən bir uşağın səssiz baxışı, bütün dünyanın gurultusundan daha çox şey deyir...
Sağlam oyandığın hər səhər – bir möcüzədir.
 Həyatın dəyəri nə  onun uzunluğunda nə də  mal-mülkdədir, həyatın dəyəri insanın içində oyatdığı mərhəmətdə gizlidir.İnsan ən çox əllərində olanı deyil, itirəndə anlaya bilmədiklərini düşünməlidir.Heç nə bizim deyil,biz sadəcə fani fəyat yolçularıyıq...Yolçuluq isə getmək ya qalmaq bizdən aslı olmayan səbəblərlə əhatəlidir.
Bu dünya fanidir,fani
Bu dünyada qalan hanı?
Davud oğlu Süleymanı
Taxt üstündən salan ,dünya
Yalan dünya,yalan dünya..........

скачать dle 12.1

Şərhlər