Bu gün Azərbaycan futbolu özünün ən parlaq anlarından birini yaşayır, çünki onun adını zirvələrə daşıyan Qarabağ var. Dünən Tofiq Bəhramov adına Respublika stadionunda Danimarkanın güclü klubu “Kopenhagen” üzərində 2:0 hesablı inamlı qələbə qazanılması, bizim üçün üç xaldan qat-qat çoxdur – bu, sanki nəfəsimizi dəyişən, ürəyimizi daha güclü döyündürən bir hissdir. Qarabağ artıq bizim hamımızın arzusu, sevinci və ortaq qürurudur.
“Həyəcanlı Matçın Sonu: Qarabağ Öz Sözünü Dedi!” Bəli, meydanda tam bir dram yaşanırdı. Amma Qarabağ çətin anlarda belə öz xarakterini göstərdi. Qələbə fitinin səsi stadionda əks-səda verəndə isə hər şey dəyişdi. Tribunalarda heç kim yerində durmurdu. Bütün stadion silkələndi – insanlar ayağa qalxdı, qışqırdı, bir-birinə sarıldı.Gözləri dolan hər kəsin içində Böyük Qürur vardı.
Qələbə anı gələndə biz artıq sadəcə azarkeş deyildik. Biz meydanda futbolçularla birgə qaçan, onlarla nəfəs alan, onların qol sevincində birləşən milyonlarla ürək idik. O qışqırıqlar, alqışlar, dalğalanan bayraqlar – hamısı bir millətin tək nəfəs olduğunu göstərirdi. Bu zəfər, inamla, ürəklə oynamağın heç bir qüvvə tərəfindən dayandırıla bilməyəcəyinin canlı sübutu idi. Qarabağ yalnız oyunu deyil, həm də milyonlarin qəlbini qazandı.
Bu qələbənin verdiyi coşqunu hər bir azarkeş qəlbində bütün Azərbaycanın küçələrinə daşıdı. Tanımadığımız insanlar belə bir-birinə təbrik edib əl uzadırdı. Kimsə “Qarabağ sağ olsun!”, kimsə “Bizimkilər tarix yazdı!” deyirdi. Bu, bir matç qələbəsindən fərqli olaraq, bizi birləşdirən milli ruhun təntənəsi idi. Bu gün biz sevinci doyunca yaşadıq. Sabah isə yenidən eyni qüruru gözləyəcəyik. Çünki Qarabağın adı çəkiləndə bilirik ki, o həm fəxarətimiz, həm də milli kimliyimizin bir parçasıdır.
Təbriklər, Qarabağ! Qələbə silsiləniz sonsuz olsun, çünki siz yalnız meydanın yox , tariximizin də qaliblərisiniz!
İlahə Allahverdiyeva
Jurnalist