SON DƏQİQƏ
» » Səhər oyanacağıq... 27 sentyabr 2020-ci il tarixdir.

Səhər oyanacağıq... 27 sentyabr 2020-ci il tarixdir.

Tarix:

27-09-2025, 13:49

/ 2 443 dəfə oxundu.
Səhər oyanacağıq... 27 sentyabr 2020-ci il tarixdir.

Heç bir sosial şəbəkəyə, sayta giriş mümkün olmayacaq. 
Televizordan "Bütün cəbhəboyu qoşunlarımız əks hücüma keçib, müharibə başlayıb" xəbərini eşidəcəyik. Yeməyin üstündə tikə boğazımızda qalacaq. Tez Vüsala zəng edəcəyik. Zəng çatmayacaq. "Necəsən? Hardasan? Necədir vəziyyət?" yazaraq sualı-suala calayacağıq.  
Beləcə ailəmizin həyəcan, təşviş, narahatlıq dolu kədərli günləri başlayacaq...
Düz 3 gün sonra, 29 sentyabrda qısa mesaj gələcək. "Yaxşıyam, qaqa, narahat olmayın, hər şey yaxşıdır. Evdəkilərə də de narahat olmasınlar".
Amma sonrakı günlər hər şey yaxşı olmayacaq...
Vüsal şəhidlik zirvəsinə ucalacaq, ailəmiz isə bir ömür onun qüruru, həsrəti, kədəri, intizarı ilə yaşamağa məcbur olacaq...
Bütün şəhidlərimizin ruhu şad olsun.
Elyar İSLAMOĞLU
скачать dle 12.1

Şərhlər