SON DƏQİQƏ

Stalindən SİTATLAR

Tarix:

24-09-2025, 14:07

/ 2 867 dəfə oxundu.
Stalindən SİTATLAR

Xruşşov Stalinin cinayətləri haqqında növbəti məşhur çıxışlarından birini edərkən, zaldan kimsə qışqırdı:
 -Yoldaş Xruşşov, bu qədər günahsız insanlar öldürülərkən bəs siz harada  idiniz?
 -Xruşov sakitcə zala baxaraq dedi:
  Bunu kim dedi, ayağa dursun!
  -Zalda böyük sükut yarandı və heç kəs qalxmadı.
 -Nə, qorxursunuz? Mən də  beləcə  sizin kimi  qorxurdum.
---
Bir dəfə Stalin Plan komissiyasının sədri Baybakovla söhbət zamanı demişdir:
-Nazirin gərək öküz kimi möhkəm əsəbləri olsun.
Stalinin işgüzar söhbətlərdə yaltaqlığı sevmədiyini bilən Baybakov ona etiraz etmişdir:
-Yoldaş Stalin, yalnız korridada öküz əsəbi və hirsli olur!
Stalin gözlərini qıyaraq, qəlyanını ehmalca onun çiyninə vura-vura demişdir:
-Yoldaş Baybakov, əgər sizi həmin o öküz kimi iki gün, iki gecə  ac və susuz  qaranlıq tövlədə saxlasalar, sonra da neçə min tamaşaçının qabağına buraxıb, dörd bir tərəfdən bizləməyə başlasalar, siz əsəbi olarsınız ya yox?!
Ukraynanın kənd təssərüfatı komissarını hesabat vermək üçün Kremlə dəvət edirlər. O, Stalinin qəbulunda soruşur:
- Yoldaş Stalin, ətraflı məlumat verim, yoxsa qısa?
Stalin cavab verir:
- İstəyirsən ətraflı danış, istəyirsən qısa məruzə et, bu sənin öz işindir. Ancaq nəzərinə çatdırıram ki, sənin cəmi üç dəqiqə vaxtın var.
Stalin eşq yaşadığı dul qadın Matrena Kuzakovadan olan oğlunun adını Konstantin qoymuşdu.
 Konstantinin Stalinin oğlu olması onu 1947-ci ildə həbsdən xilas edib. “Atom casusluğu”nda ittiham olunan Konstantinin adı Beriyanın hazırladığı günahkarlar siyahısında olsa da, o həbs olunmur.
Stalinin yaxın münasibətdə olduğu insanlardan biri olan Papanin özünə ikimərtəbəli dəbdəbəli bağ evi tikdirmişdir. Papaninin bu “qudurğanlığı” dərhal Stalinə çatdırılmış və o bu dəbdəbəni öz gözləri ilə görmək istəmişdi. Bunun üçün özünə xas olan hiyləyə əl atmışdır. Rəsmi görüşlərin birində Papanini yanına çağıraraq demişdir:
-İvan Dmitriyeviç, axı siz qonaqpərvər adamsınız, bəs məni niyə bağınıza qonaq çağırmırsınız?”
-Mən buna xoşbəxt olardım, yoldaş Stalin, lakin Siz elə məşğulsunuz ki...-deyə Papanin əl-ayağa düşmüşdür.
Ertəsi gün Stalin ev sahibinun müşaiyəti ilə dinməzcə bağı gəzdi, hər iki mərtəbəni nəzərdən keçirdi və bir söz söyləmədən, qaşqabaqlı maşının yanına qayıtdı və əyləşərkən bunu dedi:
-Əla bağdır.Yaxşı uşaq bağçası olardı.
Papanin arif adam idi. Artıq, ertəsi gün səhər bütün sovet mətbuatı qütbçü Papaninin öz bağını sovet balalarına hədiyyə verməsindən yazırdı.
скачать dle 12.1

Şərhlər