SON DƏQİQƏ

26-lar poemasına İSTNADLA...

Tarix:

22-09-2025, 08:15

/ 3 602 dəfə oxundu.
26-lar poemasına İSTNADLA...

Azər CİBİRXANLI (Əliyev)
Bu yazımi dahi şairimiz Səməd Vurğunun 26-lar poemasına istinadən və Cənubi Azərbaycandakı millətimə olunan haqsızlğa görə yazmişam

İranın dərdi nə, ruhu xəstədir,
Millət küçələrdə,ayaq üstədir.
Orda mollaların yeri darısqal,
Oturmuş dükanin önundə baqqal.

Xurma,düyü satmaq onun arzusu,
Kişmişlə,qoz-badam,meyvə qurusu.
Barmağinda üzük,qaşı çahardır,
Urmuda quruyan ləl quyulardı.

Dərin quyularda usta izləri,
Heç də təmizlənmir suyun gözləri.
Dərin fikirlərə qərq olmuş usta,
Yorulub,gəzişir o asta-asta.

Gərgin fikirlərə dalmışdi yazıq,
Dincələ bilməyir heç də azacıq.
Üsyanın qalxdıği qorxunc bir zaman,
Alovlar içində yanırdı İran.

Toz-duman,qar-boran,hava yağışlı,
Orda nə yay-yaydı, nə qışı-qışdı.
Çox köhnə,çürümüş bir "beli"vardı,
Onunçün əlləri qabar-qabardı.

Görünür ovcunda kəndir izləri,
Son dəbli şalvardan çıxmış dizləri.
Başinda kirli bir papaği vardı,
Onun başindakı namusdu-ardı.

Dönüb tarixinə baxmazmı İran,
Beynində edamdı,gözlərində qan.
İran bayrağını nifrətlə anan,
Ayaqlar altına atır hər insan.

O,yalın ayaqlı uşaqla bəzən,
Acından ot yeyib,çöllərdə gəzən*.
Günahsız bir kişi,yanında yarı,
Güclə gedirdilər daşlı yolları.

Hərdən hıçqiraraq həzin aglayır,
Ana ürəyini o səs dağlayır.
-Aglama ay bala, bu nə azardır,
Hələ bundan betər günümüz vardır.

Biraz səbrli ol,mənimlə dədən,
Kömək istəyərik biz Türkiyədən.
Gedib işləyərik,pulumuz olar,
Gözə işiq  gələr,halımız olar.

Əlləri qoynunda bulanır ürək,
Geriyə bilməyir o, budrəyərək.
Sürünə-sürünə deyir daşlara,
Gör gəlib čıxmışıq biz haralara.

Nə imiş görəsən onların suçu,
Sürüdən ayrılan  buynuzlu qoçu.
Keçirib əlinə bir buynuzunu,
Ət də yeməmişlər illər uzunu.

-Kefin içindədi harın gödənlər,
Sirrimi-sözümü pusub güdənlər.
Sizlərə yaraşmır nə İslam,nə din,
Kafirə gizlicə yardım edirdim.

Başdan baş örtüyün açır qadınlar,
Nahaqdan zindana atılır onlar.
Şarlatan,yalançı,yaltaq bir iblis,
Donuz saxlayana qurban gedirsiz.

Gedin, təmizlənin girin hamamə,
Ayağinda çarıq,başda əmmamə.
Verərəm yaxında sizə muştuluq,
Meydan sizlik  deyil,salmayın şuluq.

O,polad qılınclı,dəmir geyimli,
Keçəcək hücuma "Sərdari- milli".
Qara atla gəlir igid güneyli,
Adı Bağırxandı,"Salar-i milli".

Biz İlham alırıq,Vətən uğründa,
Gedib Şəhid olaq onun yolunda.
Məktəbim-təhsilim, şeirim-qəzəlim,
Nizamim,Füzulim mənim əzəlim.

Dillərdə dastandı, dünyaca məşhur,
Xəmsəm,Leyli-Məcnun,Yeddi gözəlim.
Bax,budur:
Vətən gözlərindən yağan yağış da,
Vətən goylərində parlaq Günəşim.
Necə də təmizdi,necə də pakdı,
Üstumə tökülən nurlu xəzəlim.

*Yaxın kecmişdə Cənubi Azərbaycan türkləri qida çatişmamazliğindan  ot yeyirdilər
скачать dle 12.1

Şərhlər