SON DƏQİQƏ

Satqın zehinlərin MƏHSULU

Tarix:

21-07-2025, 21:02

/ 3 728 dəfə oxundu.
Satqın zehinlərin MƏHSULU

Məhərrəm TAĞIZADƏ
Bu gün Azərbaycan elmində, təhsilində, ictimai həyatında irəliyə doğru ciddi addımlar atılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsil sahəsində aparılan islahatlar, şəffaflıq, intizam və milli təfəkkürə əsaslanan inkişaf siyasəti göz önündədir. Bu prosesin mühüm dayaqlarından biri isə Naxçıvan Dövlət Universitetidir. 
Onun qarşısında duran məqsəd aydındır: dövlətinə sadiq, savadlı, tərbiyəli və milli kimliyinə sahib gənclər yetişdirmək. Və bu müqəddəs yolda universitetə qarşı son zamanlar aparılan qərəzli, iyrənc və murdar kampaniya hər bir vicdan sahibi üçün qəbuledilməzdir.Sosial şəbəkələrdə yayılmış, əsassız, sübutsuz və böhtan dolu "xəbərlər" – əslində bu millətin təhsilinə, elm adamlarına və gələcəyinə qarşı mənəvi TERROR aktıdır. Guya bir neçə tələbə qız dekan tərəfindən təcavüz təklifinə məruz qalıb, guya rəhbərlik bunu ört-basdır edib, guya müəllim və tələbələr trolluqla məşğuldur… Guya, guya, guya! 
Ay yazıqlar, ay vicdansızlar, bu qədərmi alçaldınız?Kimdir bu xəbərləri yazanlar? Kimdir bu yalanın sifarişçiləri? Bu şəxslər nə millətə bağlıdır, nə dövlətə, nə elmə hörmətləri var. Onlar təhsili gözdən salmaq, NDU kimi əzmkar və uğurlu bir elm qalasının adını ləkələmək, Azərbaycanın nüfuzuna zərbə vurmaq istəyən sifarişli təxribatçılardır! Bu yalanlarla xalqın beyninə şübhə toxumu səpmək istəyirlər. Amma unudurlar: Azərbaycan dövləti o qədər güclüdür ki, bir neçə riyakar, xəyanətkar bu təməli sarsıda bilməz!
Naxçıvan Dövlət Universiteti – bu gün təkcə bir təhsil müəssisəsi deyil, milli qürurumuzun təcəssümüdür. Burada çalışan hər bir müəllim – müəllimlik peşəsinə yox, millətə xidmət edir. Bu universitetin rəhbərliyi illərdir şəffaflıq, nizam-intizam və məsuliyyət prinsipləri ilə fəaliyyət göstərir. Tələbələrinə təkcə bilik yox, həm də vətənə bağlılıq təlqin edən, dövlətçilik ruhunu aşılayan bu ali məktəbi ləkələmək – yalnız və yalnız satqın zehinlərin məhsuludur.Bu saxta xəbərləri yayanlar bilməlidirlər: Azərbaycan hüquq dövlətidir. Burada hər bir vətəndaş, o cümlədən tələbə və müəllim dövlətin hüquqi himayəsi altındadır. İstər media, istər sosial şəbəkə – heç bir platforma əxlaqsızlıq və böhtan səhnəsinə çevrilə bilməz. Bu xəbərləri yazanlar və yayanlar gec-tez qanun qarşısında cavab verəcəklər. Onların əlində sübut yoxdursa, yazdıqları hər cümlə – cinayət faktıdır.Bu ölkədə ədalət var, bu dövlətdə məsuliyyət var, bu cəmiyyətdə də artıq kifayət qədər ayıq insan var. NDU-ya qarşı aparılan bu qara kampaniya ilə nə müəllimləri susdurmaq olar, nə tələbələri qorxutmaq. Çünki onlar bilir ki, arxalarında güclü bir dövlət, haqlı bir mövqe və sarsılmaz xalq dəstəyi dayanır.
скачать dle 12.1

Şərhlər